Qırğızıstan Azərbaycanla birgə fonda böyük ümidlər bəsləyir - Nazir müavini

Azərbaycan-Qırğızıstan birgə fondunun fəaliyyətinə böyük ümidlər bəsləyirik.

Qırğızıstan Azərbaycanla birgə fonda böyük ümidlər bəsləyir - Nazir müavini
Azərbaycan-Qırğızıstan birgə fondunun fəaliyyətinə böyük ümidlər bəsləyirik.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdarahmanov deyib.

"Avqust ayında Azərbaycanla Qırğızıstanın hökumətlərarası komissiya çərçivəsində növbəti görüşü keçirilib. İclasın protokoluna mühüm istiqamətləri əlavə etdik və nizamnamə kapitalı 25 milyon dollar dəyərində Qırğızıstan-Azərbaycan fondu təsis etməklə birgə layihələrin maliyyələşdirilməsi mexanizmlərinin yaradılması barədə razılığa gəldik", - Abdarahmanov deyib.

Onun sözlərinə görə, fondun baş ofisi Bişkəkdə yerləşəcək və yaxın zamanda fond şurasının üzvlərinin növbəti görüşü keçiriləcək.

"Biz artıq əsas daxili sənədləri və Qırğızıstan-Azərbaycan fondunun hansı sahələrə fokuslanacağını müəyyən etmişik", - deyə o sonda bilduirib.