Qırğızıstanın keçmiş prezidentinin oğlu həbs olundu - FOTO
Qırğızıstanda keçmiş prezident Atambayevin oğlu və tərəfdaşları kütləvi iğtişaşların təşkilinə hazırlıqla ittiham olunub.
Qırğızıstanın Daxili İşlər Nazirliyi ölkədə keçmiş prezident Almazbek Atambayevin oğlu və tərəfdaşlarının kütləvi iğtişaşların təşkilinə hazırlıqla əlaqədar saxlanıldığını açıqlayıb.
meqale.com-ın verdiyi xəbərə görə, saxlanılan şəxslərin sayı 10 nəfərə çatıb.
Saxlanılanlara qarşı irəli sürülən ittihama görə, onlar seçkilərin nəticələrinə etiraz olaraq kütləvi etiraz aksiyaları təşkil etməyi planlaşdırıblar. İlk növbədə cənub bölgəsində, sonra isə Bişkekdə və digər rayonlarda mitinqlər keçirməyi hədəflədikləri bildirilir. Planlarına ölkənin konstitusiyasına qarşı çağırışlar, inzibati binaların, hüquq-mühafizə orqanlarının, televiziya kanallarının ələ keçirilməsi və silah anbarlarının zorla ələ keçirilməsi də daxildir.
Daxili İşlər Nazirliyi axtarışlar zamanı saxlanılan şəxslərdən bir sıra silahlar, sursatlar, qumbaralar, rabitə vasitələri, maliyyə sənədləri və narkotik maddələr tapıldığını və 150 min dollar məbləğində pulun müsadirə edildiyini bildirib.