Gecəyarısı İstanbul səmasında naməlum obyekt görüntüləndi - FOTO
İstanbulda gecəyarısı qeyri-adi səma hadisəsi müşahidə edilib.
meqale.com xəbər verir ki, şəhərin bir neçə rayonunda sakinlər səmada qəfildən parlayan naməlum işıq görüb və həmin anları mobil telefonları ilə qeydə alıblar. Görüntülərdə parlaq cismin qısa müddət ərzində hərəkət etdiyi və daha sonra sürətlə yoxa çıxdığı görünür.
Hadisə DHA tərəfindən də paylaşılan məlumatlarla təsdiqlənib.
Şahidlər işığın bir anda peyda olduğunu, sanki parlayaraq səma boyunca hərəkət etdiyini bildiriblər. Qısa müddət davam edən bu mənzərə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bununla belə, hadisənin dəqiq olaraq nə olduğu barədə rəsmi açıqlama hələlik verilməyib.