"Qızıl top" mükafatı bu tarixdə veriləcək
"Qızıl top" mükafatının veriləcəyi tarix müəyyənləşib.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə idman jurnalisti Fabrizio Romano şəxsi "Instagram" hesabından paylaşım edib.
Onun sözlərinə görə, 2023/24 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə öz sahibini tapacaq.
Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.
Qeyd edək ki, sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi bu mükafata sahib çıxıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun