"Qızıl top" üçün səsvermənin nəticələri açıqlandı - FOTO

"France Football" nəşri 2023-cü il "Qızıl top" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

"France Football" nəşri 2023-cü il "Qızıl top" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

meqale.com Trend-ə istinadən bildirir ki, qalib Lionel Messi (Argentina millisi, "İnter Mayami") 462 xal toplayıb. O, 2-ci yeri tutan Erlinq Haalandı (Norveç yığması, "Mançester Siti") 105 xal qabaqlayıb. İlk "3-lüy"ü Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayıb - 270 xal.

Qeyd edək ki, "Qızıl top"un mükafatlandırma mərasimi oktyabrın 30-da olub. Messi karyerasında 8-ci dəfə "Qızıl top"u qazanıb.