Qızılın qiyməti maksimuma çatdı

Dünya bazarlarında qızıl bahalaşmaqda davam edir.

Qızılın qiyməti maksimuma çatdı
Dünya bazarlarında qızıl bahalaşmaqda davam edir.

meqale.com xəbər verir ki, oktyabrın 6-da "Comex" birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1 faiz artaraq bir unsiya üçün 3949 dolları ötüb.

Bu, qızılın indiyədək müşahidə edilən ən yüksək qiyməti hesab olunur.

Ekspertlər bildirirlər ki, ilin sonunadək qiymət 4000 dollar həddini də keçə bilər.