Qlobal kompüter nasazlığının səbəbi tapıldı
"Windows" əsasında çalışan avadanlıqların istismarında qlobal xəta "Microsoft" və Avropa Komissiyası arasında bağlanmış müqaviləyə görə yaranıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu sənədə əsasən şirkət təhlükəsizlik proqram təminatının yaradıcılarına əməliyyat sisteminə tam giriş imkanı verib.
Bu isə o deməkdir ki, hər hansı bir səhv baş verdikdə, nəticə fəlakətli ola bilər.
Xatırladaq ki, iyulun 19-da səhər saatlarında "Windows" əsaslı avadanlıqların qlobal nasazlığı baş verib.