Qvardiola hər oyundan sonra ondan forma istəyirmiş...
İngiltərə futbolunun əfsanəsi Qari Lineker Pep Qvardiola uşaq olarkən onu necə əsəbiləşdirdiyini açıqlayıb.
meqale.com xəbər verir ki, "Barselona"nın sabiq futbolçusu bu barədə BBC-yə danışıb.
"Qvardiola "Mançester Siti"yə gələndə mən ondan BBC-yə müsahibə götürməyə getdim. O dedi: "Sən "Barselona"da oynayanda, mən orada topdaşıyan uşaq idim. Hər oyundan sonra yanına gəlib sənin formanı istəyirdim. Sən heç vaxt onu mənə vermədin".