Ramil Qasımov ilk dəfə Kavaradossi rolunda çıxış edəcək

Yanvar ayının 8- də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C. Puççininin " TOSKA" operasının tamaşası keçiriləcəkdir. 

Ramil Qasımov ilk dəfə Kavaradossi rolunda çıxış edəcək
Yanvar ayının 8- də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C. Puççininin " TOSKA" operasının tamaşası keçiriləcəkdir. 

Premyerası 1900-cü ildə Milanda baş tutan bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olub dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb etmişdi. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu Puççini  qazanmışdır. Beləliklə də L. İllika və C. Cakozanın librettosu əsasında Puççini "Toska" operasını qələmə alır . Operanın süjet xəttində Fransa imperatoru Napeleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları dayanır.

Tamaşada Toska partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Kavaradossi partiyasını ilk dəfə olaraq Əməkdar artist Ramil Qasımov, Skarpia partiyasını isə Əməkdar artist Anton Ferştandt ifa edəcəklər. Tamaşada həmçinin Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova iştirak edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, Dirijorların  beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.