“Range Rover”i 1020 manata satan sabiq rəisə hökm oxundu

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub.

“Range Rover”i 1020 manata satan sabiq rəisə hökm oxundu
Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub.

meqale.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilib.

O, "Azərterminalkompleks" Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə qanunsuz tenderlərin keçirilməsində ittiham edilib.

Belə ki, gömrük polkovniki Xosrov Vahabzadə Cavid Əliyev adlı şəxsə "Azərterminalkompleks" Birliyində müsadirə olunmuş 42 ədəd avtomobili tenderdən kənar - "Audi Q7"ni 500 manata, "Mercedes C-class"ı 650 manata, "Rang Rover"i 1020 manata, "Hyundai Elantra"nı 2000 min manata və digər markalı avtomobillər satıb.