“Real” formasını bir dəfə belə geyinə bilmədi - Arda Gülər Türkiyəyə qayıdır?
Zədəli olduğu üçün "Real Madrid"də oynamaq şansı tapa bilməyən Arda Gülər üçün "Fənərbağça"nın icarə təklifi etdiyi iddia edilib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"dan ayrılan "Real Madrid"də 4 ayda 3 dəfə zədələnən Arda Gülər hələ də bənövşəyi-ağların formasını geyinə bilməyib.
"Fənərbağça" Arda Güləri icarəyə götürmək üçün "Real"a təklif edib. "Bənövşəyi-ağların" prezidenti Florentino Peres təklifə müsbət baxmasa da, aralıq transfer dövrünə qədər fikrinin dəyişə biləcəyi bildirilir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun