Rentgen nəticələrini telefonla öyrənmək mümkün olacaq - YENİLİK
Növbəti ildə rentgen müayinəsinin nəticələrini "e-Tabib" mobil tətbiq vasitəsində görmək mümkün olacaq.
meqale.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, hazıda vətəndaşların aldıqları bütün tibbi xidmətlərin qeydiyyatı elektron formada aparılır.
"Səhiyyə sistemində vahid elektronlaşdırılma aparılıb, xəstəxanaların idarəolunması sistemi qurulub, "e-Tabib" mobil tətbiqi yaradılıb, tibbi sığorta portalı (tibbi xidmətlərin ekspertizası və s.) qurulub".