Rəşad Atakişiyev anıldı - FOTOlar

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

meqale.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusu İkinci Şəhidlər xiyabanını ziyarət edərək şəhid pilotun məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Anım mərasimində polkovnik-leytenant Rəşad Atakişiyevin şərəfli döyüş yolundan söhbət açılıb, Vətənə olan sədaqətindən, xidmət müddəti ərzində nümayiş etdirdiyi yüksək peşəkarlığından danışılıb.