Ronaldoya toxunan əlcəklərini paylaşdı - FOTO

Səudiyyə Ərəbistanı Liqasının 7-ci turunda "Qarabağ"ın sabiq futbolçusu Yasin Benzia-nın çıxış etdiyi "Əl-Feyha" klubu səfərdə "Əl-Nəsr"lə qarşılaşıb.

Ronaldoya toxunan əlcəklərini paylaşdı - FOTO
Səudiyyə Ərəbistanı Liqasının 7-ci turunda "Qarabağ"ın sabiq futbolçusu Yasin Benzia-nın çıxış etdiyi "Əl-Feyha" klubu səfərdə "Əl-Nəsr"lə qarşılaşıb.

meqale.com-ın məlumatına görə, Kriştianu Ronaldonun dubl etdiyi görüşdə "Əl-Nəsr" 2:1 hesabı ilə qalib gəlib. Oyun bitdikdən sonra Benzia portuqaliyalı ulduzla görüşüb.

Görüş zamanı diqqətçəkən məqam "Qarabağ"ın futbolçusu Toral Bayramova məxsus əlcəklər olub. Məlum olub ki, Benzia "Qarabağ" klubundan ayrılıb Səudiyyə Ərəbistanına keçərkən Toralın ona hədiyyə etdiyi həmin əlcəkləri özü ilə aparıb və bütün çempionat oyunlarında məhz bu əlcəklərdən istifadə edir.

Son matçda da o, eyni əlcəklərlə Ronaldoya yaxınlaşıb.

Toral Bayramov da bu anla bağlı sosial şəbəkə hesabında paylaşım edib və Ronaldoya toxunan əlcəklərini göstərərək bunu izləyiciləri ilə bölüşüb.