Yaponiyada güclü qasırğa: 336 aviareys... - yaralananlar var

Yaponiyanın cənub-qərbindəki Kyuşu adasının yaxınlığında tüğyan edən güclü "Şanşan" qasırğası səbəbindən ən azı 336 aviareys təxirə salınıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, avqustun 29-na olan cədvəl dəyişikliklərinin əsas hissəsi Yaponiyanın böyük aviadaşıyıcıları "JAL" və "ANA"nın üzərinə düşüb.

"Jetstar Japan" və "Peach Aviation" kimi aşağı büdcəli aviaşirkətlər də bir neçə uçuşu ləğv ediblər. Avqustun 28-də Yaponiyada baş verən tayfun səbəbindən 230 aviareys ləğv edilib.

İndi Şanşan Kyuşu adasının qərbində yerləşir və sahil boyunca şimala doğru irəliləyir. Tayfun ərazisində küləyin sürəti 50-70 m/s-ə çatır. Sinoptiklərin proqnozlarına görə, Kyuşu adasının bəzi rayonlarında yağıntının intensivliyi sutkada 400-600 mm-dir.

"Yomiuri" qəzeti isə bildirib ki, qasırğa 16 nəfərin xəsarət almasına səbəb olub. Ümumilikdə təxminən 2,25 milyon sakin evlərini tərk etmək və adətən təhsil müəssisələrində yerləşən evakuasiya mərkəzlərinə köçmək üçün tövsiyələr alıb.