Röya kursantlar üçün konsert verdi - VİDEO
Xalq artisti Röya Ayxan yeni il ərəfəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət baş idarəsinin təşkilatçılığı ilə təşkil olunan vətənpərvər ruhda xüsusi konsert proqramı ilə çıxış edib.
meqale.com xəbər verir ki, konsert Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təşkil olunub və liseyin kursantları üçün keçirilib.
Konsert öncəsi Xalq artisti Röya Ayxan icra başçısı və liseyin rəhbər heyəti ilə görüşərək, gənc kursantların hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmini vurğulayıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Vətənə sevgi, birlik və qürur hisslərinin ön planda olduğu gecədə sənətkarın səsləndirdiyi vətənpərvər ifalar kursantlar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Yeni il öncəsi keçirilən bu mənalı konsert gənc hərbçilər üçün həm mənəvi dəstək, həm də unudulmaz bayram ovqatı yaradıb.