Ukrayna sülh istəməsə, Rusiya hərbi yolla davam edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukrayna Prezidenti Volodimir Zelenski və Avropadakı tərəfdaşlarının konstruktiv danışıqlara hazır olduğunu görmür.
meqale.com xəbər verir ki, onun sözlərinə görə, Kiyev mülki əhaliyə və Rusiyanın infrastrukturuna qarşı hücumlar həyata keçirir.
Prezident Vladimir Putin isə qeyd edib ki, Qərb Ukraynaya təhlükəsizlik zəmanətləri və bərpa imkanları təklif etsə də, Kiyev münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Putin vurğulayıb ki, danışıqlar baş tutmasa, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq və hazırda nəzarətdə olan ərazilərdən çıxmaq niyyətində deyil. O, həmçinin Rusiya-Ukrayna sərhədi boyunca bufer zonanın yaradılmasının davam etdiyini bildirib.