Rus ordusu Xarkovu vurdu: 7 ölü, 59 yaralı - VİDEO
Rusiya ordusunun Xarkov şəhərinə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Bu barədə Xarkov meri İqor Terekov məlumat verib.
O qeyd edib ki, yaralıların sayı 59-a çatıb.
****
Rusiya ordusu Xarkov şəhərinə raket zərbələri endirib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində yaşayış binasının 3 mərtəbəsi tamamilə dağılıb. İki nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır.