Rusiya “İsgəndər”lə Zelenskinin doğma şəhərini vurdu

Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə "İsgəndər" ballistik raketləri ilə hücum edib.

Rusiya “İsgəndər”lə Zelenskinin doğma şəhərini vurdu
Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə "İsgəndər" ballistik raketləri ilə hücum edib.

meqale.com xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul Telegram-da bildirib.

Onun sözlərinə görə, zərbələr çoxmərtəbəli yaşayış binalarına dəyib. Rusiya şəhərə hücum etmək üçün iki "İsgəndər" ballistik raketindən istifadə edib.

Vilkul qeyd edib ki, zərərçəkənlərə yardım göstərilir. Şəhər Müdafiə Şurasının rəhbəri Rusiyanın Krivoy Roqa yeni hücumu barədə əlavə məlumat verməyib.