Rusiya MN: Ukrayna ordusunun Kurskda irəliləməsi dayandırılıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsi dayandırılıb.

Rusiya MN: Ukrayna ordusunun Kurskda irəliləməsi dayandırılıb
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsi dayandırılıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinin Kursk vilayətində vəziyyətlə bağlı güc strukturlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib.

Qoşunların operativ idarə olunması məntəqələrindən birindən müşavirəyə onlayn qoşulan Gerasimov Putinə məruzə edib ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saat 5:30-da 1000 nəfərədək hərbçidən ibarət qrupla Sudjen rayonunun bir hissəsini ələ keçirmək üçün hücuma keçib.