Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı

Rusiya hərbi təyyarəsindən Belqorod vilayətinə eyni anda 3 aviabomba düşüb.

Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı
Rusiya hərbi təyyarəsindən Belqorod vilayətinə eyni anda 3 aviabomba düşüb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ASTRA Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Şebekino şəhərinin Böyük Qorodişe kəndindən 5 km uzaqlıqda 3 FAB-250 aviabombası düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb, təxliyə barədə məlumat verilmir.

Beləliklə, son 3 ayda Rusiya SQ Belqorod və işğal olunmuş ərazilərə səhvən 73 aviabomba atıb.

Onların arasında "ağıllı" bomba sayılan UMPB D-30SN də var.