Rusiya Türkiyə ilə sərhəddə hərbi baza yaratdı

Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb.

Rusiya Türkiyə ilə sərhəddə hərbi baza yaratdı
Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Bildirilib ki, hərbi baza PKK terror qruplaşmasının "Kobani" olaraq adlandırdığı Ayn Əl-Ərəb bölgəsində yerləşir.

Hərbi bazada Rusiya ilə yanaşı, Suriya rejiminin hərbçiləri də xidmət edəcək.