2025-ci ildə ən pis smartfon istehsalçılarının adları açıqlandı
"Android Authority" 2025-ci ilin ən pis Android smartfon istehsalçılarının adlarını açıqlayıb. Reytinq bazar təsirinə əsasən tərtib olunub.
meqale.com xəbər verir ki, ən pis istehsalçı kimi bir çox bazardan çəkildiyi və cihazlara dəstəyi azaltdığı üçün HMD Global göstərilib. Realme diqqətçəkən yeni modellərin olmamasına görə, Sony isə baha, amma rəqiblərdən geri qalan telefonlar buraxdığı üçün tənqid edilib.
Ən yaxşı istehsalçılar ayrıca qeyd olunmasa da, Samsung, OnePlus, Google, Oppo və Xiaomi ili uğurla başa vuran şirkətlər sırasında yer alıb.
Mütəxəssislər 2025-ci ili Android bazarı üçün uğurlu il adlandırıblar: Snapdragon 8 Elite prosessoru, maqnit şarj və silikon-karbon batareyalar geniş yayılıb.