Rusiyada neft emalı zavodunda partlayış: Xəsarət alanlar var

Rusiyanın Omsk şəhərində neft emalı zavodunda partlayış baş verib.

Rusiyada neft emalı zavodunda partlayış: Xəsarət alanlar var
Rusiyanın Omsk şəhərində neft emalı zavodunda partlayış baş verib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən məlumat verilib.

Hadisə şahidləri partlayış səslərinin şəhərin müxtəlif yerlərində eşidildiyini bildiriblər.

Məlumata görə, Qubkin küçəsində 1 000 kvadratmetr sahədə yanğın başlayıb. Zavodun Mətbuat Xidmətindən verilən xəbərdə müəssisədəki texnoloji avadanlıqların yandığı deyilib.

"İşə düşən avtomatlaşdırılmış yanğınsöndürmə texnikası və xidməti yanğının tez bir zamanda lokallaşdırılmasına çalışır. Müəssisə normal rejimdə işləyir", - deyə zavoddan bildirilib.

Zavodda neftin fraksiyalara ayrılması və sonradan emalı üçün nəzərdə tutulmuş "AVT-11" qurğusunun partladığı qeyd edilir.