Rusiyada saxlanılan erməni iş adamı ekstremizm iddiası ilə yoxlanılacaq
Rusiyada saxlanılan erməni əsilli iş adamı Areqa Şepixin ekstremist fəaliyyətlərlə bağlı yoxlamaya cəlb olunacaq.
meqale.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Bildirilib ki, DİN-in Ekstremizmə Qarşı Mübarizə Baş İdarəsi Areqa Şepixinin Çeçenistan sakinlərinə qarşı ünvanladığı təxribat xarakterli bəyanatlarla bağlı videomaterialları araşdıracaq.
Yoxlama çərçivəsində müvafiq ekspertizalar da təyin olunacaq və hüquqi qiymət veriləcək.