Rusiyalı xokkeyçi dünya rekordunu təzələdi

"Vaşinqton Kapitls" komandasının hücumçusu Aleksandr Oveçkin əfsanəvi kanadalı Ueyn Qretskinin rekordunu təzələyib.

Rusiyalı xokkeyçi dünya rekordunu təzələdi
"Vaşinqton Kapitls" komandasının hücumçusu Aleksandr Oveçkin əfsanəvi kanadalı Ueyn Qretskinin rekordunu təzələyib.

meqale.com xəbər verir ki, bu, Milli Xokkey Liqasının müntəzəm çempionatında "Nyu York Aylanders"ə qarşı keçirilən səfər matçında baş verib.

Rusiyalı hücumçu, ikinci periodda fərqlənib. Bu, Oveçkinin Milli Xokkey Liqasındakı 20 illik karyerasında vurduğu 895-ci qol olub.

Beləliklə, Oveçkin, 1999-cu il martın 29-da eyni "Islanders"ə qarşı oyunda Ueyn Qretskinin təyin etdiyi rekordu təzələyib.