“Ruslar bu istiqamətdə böyük itkilər verdi”
"Ruslar Severski - Donbas kanalının sahilində möhkəmlənməyə çalışsalar da, böyük itkilər verdikləri üçün buna nail ola bilmədilər".
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun mexanikləşdirilmiş briqadasının mətbuat xidmətinin nümayəndəsi İvan Petriçak bildirib:
"Cəhd oldu, amma müqavimət göstərə bilmədilər. Onlar bu istiqamətdə böyük itkilər verdi. Qoşunlarımız onları zərərsizləşdirdi. Lakin Çasov Yar yaxınlığında vəziyyət hələ də gərgin olaraq qalmaqdadır".