Rusların bu şəhərdəki mövqeləri darmadağın olundu

Ukrayna ordusu rusların Donetsk vilayətinin Toretsk şəhərindəki mövqelərini vurub.

Rusların bu şəhərdəki mövqeləri darmadağın olundu
Ukrayna ordusu rusların Donetsk vilayətinin Toretsk şəhərindəki mövqelərini vurub.

meqale.com axar.az-a istinadən bildirir ki,  bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, zərbələr martın 21-də Rusiyanın 103-cü motoatıcı alayının 1-ci əlahiddə qvardiya motoatıcı briqadasının qüvvələrinin cəmləşdiyi əraziyə endirilib.

Nəticədə rus hərbçilərin yerləşdiyi yer tamamilə dağıdılıb, şəxsi heyət, xüsusən də desant-hücum qrupları və PUA operatorları məhv edilib.