Şahin Bağırov qalmaqallı idarəyə yeni rəis təyin etdi
Biləsuvar Gömrük İdarəsinə yeni rəis təyinatı həyata keçirilib.
meqale.com Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb
Məlumata görə, bu vəzifəyə Ramin Seyidov təyin olunub.
R.Seyidov bu təyinata qədər Astara Gömrük İdarəsində çalışıb.
Qeyd edək ki, Biləsuvar Gömrük İdarəsinin sabiq rəisi, gömrük xidməti polkovniki Sənan Şahbəndəyev Sumqayıt Gömrük İdarəsinin rəis müavini gətirilib.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkar edilmişdi. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilmişdi.