Sahir Rüstəmova yüksək vəzifə verildi
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinə sədr təyin olunub.
meqale.com APA-ya istinadən bildirir ki, bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb.
Əmrə əsasən, Sahir Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin olunub.