Şahruddinin yeni baş məşqçisi açıqlandı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor"un yeni baş məşqçisi açıqlanıb.

Şahruddinin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor"un yeni baş məşqçisi açıqlanıb.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Hikmət Karamanla anlaşıb. Klubun yaydığı rəsmi məlumata görə, tərəflər arasında 1,5 illik sözləşmə imzalanıb. O, bu postda Patrik Klyuverti əvəz edib. 

Qeyd edək ki, 63 yaşlı mütəxəssisin son klubu 2022-ci ildə "Kayserispor" olub.