Şakil O'Nil buna görə subay qalıb

Basketbolun Şöhrət Zalının üzvü və dörd dəfə Milli Basketbol Assosiasiyasının (NBA) çempionu olan 53 yaşlı amerikalı Şakil O'Nil niyə evlənmək istəmədiyini açıqlayıb.

Şakil O'Nil buna görə subay qalıb
Basketbolun Şöhrət Zalının üzvü və dörd dəfə Milli Basketbol Assosiasiyasının (NBA) çempionu olan 53 yaşlı amerikalı Şakil O'Nil niyə evlənmək istəmədiyini açıqlayıb.

meqale.com oxuya istinadən xəbər verir ki, o, bu barədə "The Sports Rush"a verdiyi müsahibədə danışıb:

"Niyə evlənmək istəmirəm? Çünki bütün qadınlar dəli olurlar. Əgər evlənsəydim, yalnız zəngin ərəb şahzadələrindən birinə evlənərdim", - deyə o bildirib

Şakil 2002-ci ildə Şoni Nelson ilə evlənib, lakin doqquz il sonra onlar boşanıblar. Cütlüyün bu evlilikdən dörd övladı dünyaya gəlib: Şarif, Amira, Şakir və Meara.