Şamaxıda SİLAHLI İNSİDENT: 34 yaşlı kişini güllələdi

Martın 24-də saat 21 radələrində Şamaxı rayonunda 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı Orxan Hacıyevə ov tüfəngi ilə güllələyib.

Şamaxıda SİLAHLI İNSİDENT: 34 yaşlı kişini güllələdi

 A.Surxayev saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb. 

O.Hacıyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.