Samuel Eto'O prezident olmaq istəyir?

"Barselona"nın sabiq futbolçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'O onun siyasi karyera qurmaq istəyi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

meqale.com-ın xarici media-ya istinadən verdiyi xəbərə görə, Eto'O Kamerun prezidenti olmaqla bağlı iddiaların ona ciddi çətinliklər yaratdığını bildirib. Onun sözlərinə görə, futbolçu karyerasını başa vurduqdan sonra populyarlığının daha da artması cəmiyyətdə yanlış fikirlərin formalaşmasına səbəb olub:

"Prezident olmaq mövzusu bu gün qarşılaşdığım problemlərin demək olar ki, hamısının əsasını təşkil edir. İnsanlar düşünür ki, futbolçu kimi tanınmışamsa, mütləq siyasi hakimiyyətə can atıram. Bu yanaşma həm mənim, həm də bu vəzifəni həqiqətən gözləyən başqalarının işini çətinləşdirir", - deyə Eto'O qeyd edib.

Xatırladaq ki, 44 yaşlı Samuel Eto'O Kamerun milli komandasının tarixində ən çox qol vuran futbolçu kimi adını tarixə yazdırıb.