Sankt-Peterburqda DƏHŞƏTLİ YANĞIN OLDU - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkin rayonunda "Wildberries" anbarında yanğın baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanğın 1000 kvadratmetr ərazini əhatə edib. Yanğın 2-ci dərəcəli olaraq qiymətləndirilib.
Hadisə yerinə 20 yanğınsöndürən maşın və 83 xilasedici cəlb olunub.
Hələlik itkilər barədə məlumat yoxdur. Hadisənin səbəbi araşdırılır.