“Səbail”in portuqaliyalısı: “Juninyo “Braqa”nı əks-hücumda məyus edəcək”
"Braqa" Portuqaliyada böyük komandadır".
meqale.com xəbər verir ki, bunu İdman.bizə "Səbail"in portuqaliyalı futbolçusu Nunu Pedru deyib.
Vətənində 4 klubda top qovmuş 29 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-offunda bu gün keçiriləcək "Braqa" - "Qarabağ" oyununa münasibət bildirib. Onun sözlərinə görə, Portuqaliya klubu bu il daha da təkmilləşib: "Braqa"ya qarşı səfərdə oynamaq çox çətindir. "Qarabağ" Portuqaliyada uduzmamağa çalışmalıdır. Məncə, "Braqa"nın zəif nöqtəsi müdafiədir və inanıram ki, Juninyo rəqibi əks hücumda məyus edə biləcək".