"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar".

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar".

meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. 

G.Əliyeva aparıcı Tarix Əliyevin (Tolik) "Qəzənfər Abbasovun tələbəsi olub" sözlərinə "Bilirəm, Şəbnəmlə münasibətimiz gözəldir. Hərənin bir yolu var" cavabını verib. 

Ş.Tovuzlu isə sözügedən açıqlamanı yayımlayaraq "Gözəl sənətkar, xanım, təki hər zaman sizlər bizim haqqımızda fikir bildirin" sözlərini bildirib. 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun