Seçkilərdə qadınların fəallığını müşahidə etdik - Karlos Viana
Azərbaycana bizə seçkiləri müşahidə etmə fürsəti verdiyi üçün təşəkkür edirəm.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Brazilya Parlamentinin nümayəndəsi Karlos Viana Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
"Seçkilərdə qadınların yüksək fəallığını müşahidə etdik. Braziliya üçün bu çox vacib nüansdır. Qadınların və gənclərin seçkidə iştirakı çox vacibdir. Azərbaycan gənc ölkədir və gəncləri də siyasi proseslərdə iştirak edir", - deyə o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.