Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) fevral ayı üçün reytinq cədvəli açıqlanıb.

Şəhriyar Məmmədyarov FIDE reytinqində irəlilədi
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) fevral ayı üçün reytinq cədvəli açıqlanıb.

meqale.com FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Aktivində 2731 reytinq xalı olan 40 yaşlı qrosmeyster 20-ci sıraya yüksəlib.

Teymur Rəcəbov (2698) 32-ci pillədəki mövqeyini qoruyub. Rauf Məmmədov isə 2656 xalla 71-ci yerdə qərarlaşıb.

Azərbaycanın qadın şahmatçıları - Günay Məmmədzadəyə (2412) 36-cı, Gövhər Beydullayeva (2404) 41-ci, Ülviyyə Fətəliyeva (2381) 64-cü, Xanım Balacayeva (2355) isə 89-cu sırada yer alıblar.

Siyahıya əvvəlkitək norveçli Maqnus Karlsen (2833) başçılıq edir. ABŞ təmsilçilərindən Fabiano Karuana (2803) 2-ci, Hikaru Nakamura (2802) 3-cüdür.