Selə görə Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkət dayandı

Gəncə şəhəri və ətraf bölgələrdə yağan yağış bir sıra fəsadlar yaradıb.

Selə görə Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkət dayandı
Gəncə şəhəri və ətraf bölgələrdə yağan yağış bir sıra fəsadlar yaradıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində rayonun Aşıqlı kəndi ilə rayon mərkəzini birləşdirən hissəsini sel suları basıb.

Nəticədə Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobilərin hərəkəti dayanıb.

Bundan başqa sel yolun hərəkət hissəsinə daş parçaları və ağac qırıqları gətirib.

Hazırda əraziyə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Yolun açılması istiqamətində işlər gedir.