Serbiyada qocalar evində yanğın - 8 ölü var
Serbiyanın paytaxtı Belqradda yerləşən qocalar evində baş verən yanğında 8 nəfər ölüb.
meqale.com bildirir ki, bu barədə RTS telekanalı məlumat yayıb.
Daha 7 nəfər isə xəsarət alıb.
Gecə saat 03.30 radələrində baş verən yanğın zamanı binada 30 nəfər olub.
Qocalar evinin otaqlarından birində döşəyi yandıran şəxsin yanğına səbəb olduğu versiyasına baxılır. /APA