"Uzak şehir"in aktyorları çətin vəziyyətdə qaldı - FOTOlar

Türkiyənin sevilən və ən çox izlənilən televiziya serialı "Uzak şehir"in aktyorları və çəkiliş heyəti Mardindən çıxa bilmir.

Türkiyənin sevilən və ən çox izlənilən televiziya serialı "Uzak şehir"in aktyorları və çəkiliş heyəti Mardindən çıxa bilmir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  buna səbəb Mardindəki qarlı hava şəraitidir.

Belə ki, qar yağışı və yolların bağlanması səbəbilə serialın aktyorları və heyəti bir müddətlik şəhərdə qalmağa məcbur olub.

Məlumat üçün bildirək ki, serialın bu həftə üçün nəzərdə tutulan bölümü də təxirə salınıb. Buna səbəb ekran işində "Cihan Albora" obrazını canlandıran baş rol ifaçısı Ozan Akbabanın həyat yoldaşı Buket Arıkanın səhhətində yaranan problemlərdir. Belə ki, həyat yoldaşı ürək əməliyyatı keçirən Akbaba çəkilişləri tam şəkildə başa çatdırıla bilməyib. O, həyat yoldaşı xəstəxanadan çıxana qədər onun yanında qalacaq. Reytinq rekordu qıran serialın yeni bölümü bir həftə gecikmə ilə yayımlanacaq.

Qeyd edək ki, serialda baş rolları Sinem Ünsal və Ozan Akbaba canlandırır.