Şimali Koreyada iki gənc belə cəzalandırıldı - ŞOK SƏBƏB - FOTOlar

Şimali Koreyada iki gənc Cənubi Koreya serialına baxdıqları üçün stadionda ictimaiyyət qarşısında cəzalandırılıb.

Şimali Koreyada iki gənc belə cəzalandırıldı - ŞOK SƏBƏB - FOTOlar
Şimali Koreyada iki gənc Cənubi Koreya serialına baxdıqları üçün stadionda ictimaiyyət qarşısında cəzalandırılıb.

meqale.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Qeyd olunub ki, KXDR-də qadağan edilən Cənubi Koreya seriallarına baxdıqları iddia edilən gənclər 12 il ağır işlərə məhkum ediliblər.

Şimali Koreyadan qaçan vətəndaşlarla işləyən Cənub və Şimal İnkişaf İnstitutunun BBC-yə təqdim etdiyi 2022-ci ilə aid görüntülərdə 16 yaşlı iki gəncin stadionda ictimaiyyətin gözü qarşısında qandallandığı yer alıb.

Məlumata görə, KXDR Cənubi Koreyanın film və musiqisini öz ideologiyalarına təhlükə kimi görür.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun