Simonyanın qardaşı arvadının cinayət işi ilə bağlı yeni xəbər - FOTO
Ermənistan Parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan barəsində başlanmış cinayət işi üzrə icraat dayandırılıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, buna səbəb Ani Gevorkyan istintaq dövründə günahını səmimi etiraf edib və törətdiyi əməldən peşman olduğunu bildirib:
Ermənistanın Baş Prokurorluğunun açıqlamasında deyilir ki, 20 may 2024-cü il tarixində Ani Gevorkyanın cinayət işi üzrə icraat dayandırılıb. 17, 23, 27 və 29 may tarixlərində həmin cinayət işində adları keçən digər şəxslər barəsində də eyni qərarlar qəbul edilib.