Şirkət əməkdaşı iş başında ÖLDÜ

Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

Şirkət əməkdaşı iş başında ÖLDÜ
Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

meqale.com xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib.

Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /Teleqraf