"Sizə "insan" deməyə dilim gəlmir" - FOTO

Bu ilin yanvarın 24-də Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin məzarının dağıdılması Türkiyədə gündəmi zəbt edib.

Bu ilin yanvarın 24-də Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin məzarının dağıdılması Türkiyədə gündəmi zəbt edib.

meqale.com xəbər verir ki, məsələyə müğənni Günel Zeynalova sosial media hesabında münasibət bildirib.

"Sizə "insan" deməyə dilim gəlmir. Ayıb olsun sizə. O, da bir anaın övladır. Anası nə haldadır, Allah səbr versin. Bu görüntülərdən sonra insanlığımdan utandım. Kiçik qardaşım, səndən üzr istəyirəm, insanlığımızı bağışla. Sizin kimi düşüncəsi kirli, pis olanlarla bir dünyada yaşayıram" deyə, ifaçı paylaşımında yazıb.