Snup Doqqun 24 yaşlı qızı insult keçirdi
Məşhur reper Snup Doqqun qızı Kori Broadus ağır insult keçirdi.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, 24 yaşlı qız xəstəxanaya yerləşdirilib.
O, xəstəxana otağında çəkilmiş şəklini yayımlayaraq "Mənə bunu deyəndə ağlamağa başladım. Mənim cəmi 24 yaşım var. Keçmişdə buna layiq olmaq üçün nə etmişəm?" sözlərini yazıb.
Kori səhhəti ilə bağlı başqa təfərrüatları açıqlamayıb. Bununla belə, insultun ona altı yaşında diaqnoz qoyulan lupus səbəb ola biləcəyi güman edilir. 2021-ci ildə Kori intihara cəhd etdiyini etiraf etmişdi.
Xatırladaq ki, reper İrəvandakı konsertini elan edərkən Qarabağ bölgəsini "Artsax" adlandıraraq təxribat xarakterli mesaj yayımlamış, Azərbaycana qarşı hörmətsizlik etmişdi.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun