Şolts ABŞ-də “əkiz”i ilə görüşdü - FOTO
ABŞ-də səfərdə olan Almaniya Kansleri Olaf Şolts Vaşinqtonda xarici görünüş baxımından ona çox bənzəyən amerikalı senator Kris Kunsla görüşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə O.Şolts öz "X" hesabında paylaşım edib.
"Əkizim - Kris Kunsu yenidən görmək xoşdur", - deyə Almaniya Kansleri qeyd edib.
Qeyd edək ki, Şolts Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparacaq.