Xəstəxanada hamilə qadına "sabaha sağ qalsanız, müraciət edərsiniz" deyilib?

''Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq tələf oldu''.

Xəstəxanada hamilə qadına
''Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq tələf oldu''.

meqale.com xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə paytaxt sakini Aytac Vahabova deyib.

Qadın iddia edir ki, ötən ilin oktyabr ayında gecə saatlarında erkən doğuş ağrıları tutub, təcili yardım avtomobili ilə Yeni Klinikaya gətirilib. Orada onu həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova qəbul edib.

"Gecə növbəsində ginekoloq Sevinc Məmmədova idi. Məni otaqda gözlətdilər. Təxminən bir saat, saat yarım həkim gəlmədi. Ginekoloq gəldi və mənə dedi ki, mən sizə heç bir şey edə bilmərəm. Siz mənlik deyilsiniz. Mən artıq getməliyəm. Əgər sabah sağ qalsanız, bətninizdəki övlad da sağ qalarsa, o zaman yenidən müraciət edərsiniz - səhər növbəsində kim olacaqsa ona", - deyə şikayətçi baş verənləri nəql edib.