Sui-qəsdə uğradığı deyilən Əhməd Şara görün harada görüntüləndi - FOTO
Suriya prezidenti Əhməd Şara xəsarət alması ilə bağlı yayılan iddialardan bir neçə gün sonra görüntülənib.
meqale.com xəbər verir ki, o, Dəməşqdə prezident sarayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə görüşüb.
Avropa Birliyinin Suriya ilə bağlı ən yüksək səviyyəli təmaslarından biri sayılan görüş Suriya ordusunun YPG/SDG-yə qarşı əməliyyatlarının davam etdiyi dövrə təsadüf edib.
Suriya hökuməti sosial mediada yayılan "sarayda qarşıdurma" və "prezidentin yaralanması" iddialarını təkzib edərək, Şaranı hədəf alan heç bir təhlükəsizlik hadisəsinin baş vermədiyini bildirib.
Görüş zamanı çəkilən foto prezidentin fəaliyyətini davam etdirdiyini göstərən ilk aydın görüntü kimi diqqət çəkib.